PKK-nın təbliğatı META platformasından silinəcək
PKK və FETÖ kimi terror təşkilatlarının təbliğatı META platformasından silinəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
Nazir bildirib ki, istifadəçi hüquqları tamamilə qorunacaqdır və istifadəçi hesabları heç bir səbəb olmadan bağlanmayacaq:
"Terrorizmi təbliğ edən məzmun silinəcəkdir. Yaxın vaxtlarda META rəsmilərinin Türkiyəyə səfəri baş tutacaq".