Polşadan vətəndaşlarına çağırış: Tiflisdə ehtiyatlı olun!
Polşanın Gürcüstandakı səfirliyi öz vətəndaşlarına çağırış edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
"Əcnəbilərin saxlanması halları ilə əlaqədar olaraq, vətəndaşlarımızdan mitinqlərə getməməyi, potensial təhlükəli yerlərdən uzaq durmağı və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyi xahiş edirik ", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, son günlər Tiflisdə hökumətə qarşı etiraz aksiyası geniş vüsət alıb.