Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

Premyer Liqa:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

meqale.com report-a istinadən xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.

Görüşü Tural Qurbanov idarə edəcək. "Köhlən atlar" 29 xalla liderdir. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XV tur

19:30. "Qarabağ" - "Qəbələ" Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tofiq Bəhramov adına Respublika Stadionu