Adil Şükürov kimləri özünə köməkçi götürdü?
"Kəpəz"in yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib.
meqale.com sportinfo.az-a istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı özünə əsas yardımçı kimi İlyas Qurbanovu götürüb.
Onlar vaxtilə "Bakı"da həm futbolçu, həm də məşqçi kimi yoldaşlıq etmiş cütlükdür. Qurbanov buna kimi "Neftçi"nin U-19 komandasını çalışdırıb.
Şükürov "Kəpəz"in akademiyasında çalışan Zaur Əsədovu da öz korpusuna daxil edib. Həmçinin analitik kimi İlkin Hacıyevi.
O, Azər Məmmədovla bərabər işləmiş Tariyel Hüseynovu qapıçılar üzrə məşqçi vəzifəsində saxlayıb.
"Kəpəz" bu gün yeni baş məşqçisini rəsmən ictimaiyyətə təqdim edəcək.Bu münasibətlə klubun bazasında tədbir (saat 14:00) keçiriləcək.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun