Premyer Liqanın 2 klubu birləşdi

Ukrayna Premyer Liqasının 2 təmsilçisi birgə bəyanat yayıb.

Premyer Liqanın 2 klubu birləşdi
Ukrayna Premyer Liqasının 2 təmsilçisi birgə bəyanat yayıb.

meqale.com xəbər verir ki, "Karpatı" və "Rux" klubu birləşdiklərini elan ediblər. Hər iki klub Lvovu təmsil edir. Hazırda onlar turnir cədvəlində qonşu pillələrdədirlər.

Qərar 2025/26 mövsümündən qüvvəyə minəcək. Hazırkı mövsümü isə klublar ayrıca başa vuracaqlar.

Klubun əsas bazası "Karpatı"nın heyəti ilə formalaşacaq, "Rux" isə 2025-ci ilin yayından akademiyanın fəaliyyəti ilə məşğul olacaq.

"Çətin dövrümüzdə belə bir məqsəd qeyri-standart hərəkətlər və həllər tələb edir. Məhz buna görə də hər iki klubun təsisçiləri və rəhbərləri "Karpatı" futbol klubunu inkişaf etdirmək üçün güclərini birləşdirməyə qərar veriblər" - deyə bəyanatda vurğulanıb.