Prezident DSX-nin hərbçilərinə ali hərbi rütbələr verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
meqale.com AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
"general-leytenant" ali hərbi rütbəsi
general-mayor Babək Vahid oğlu Qurbanova
"general-mayor" ali hərbi rütbəsi
polkovnik Ceyhun Həsən oğlu Nəbiyevə
polkovnik Azər Əliyusif oğlu Şirinova.