“Prezident və ailəsinin adından yayılan materiallar saxtadır” - Rəsmi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta ("fake") məlumat olduğunu bildiririk.
meqale.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta "müsahibə" dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir.