PSJ heç-heçə etsə də, liderliyini qorudu

Futbol üzrə Fransa çempionatında XIX tur qarşılaşmasında PSJ doğma meydanda "Brest"i qəbul edib.

PSJ heç-heçə etsə də, liderliyini qorudu
Futbol üzrə Fransa çempionatında XIX tur qarşılaşmasında PSJ doğma meydanda "Brest"i qəbul edib.

meqale.com oxuya istinadən bildirir ki, görüşdə qalib müəyyənləşməyib.

Görüşdə hesabı 38-ci dəqiqədə M.Asensio açıb. 45-ci dəqiqədə K.Muani hesab arasındakı fərqi artırıb. Qonaqlar 55-ci dəqiqədə qollardan birinin əvəzini çıxıblar (M.Kamara). 80-ci dəqiqədə hesaba tarazlıq gəlib (M.Pereira).

Əsas vaxta əlavə edilmiş dördüncü dəqiqədə PSJ azlıqda qalıb. M.Barkola qırmızı vərəqə alaraq meydandan qovulub.

Heç-heçəyə baxmayaraq, 44 xalı olan PSJ birinci pillədə qərarlaşıb. Xallarının sayını 35-ə çatdıran "Brest" isə üçüncü pillənin sahibidir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun