Putin bu halda nüvədən istifadə edə bilər - Ukrayna
Rusiya Prezidenti Vladimir Putin rus ordusu Ukraynada məğlub olarsa, taktiki nüvə silahından istifadəyə göstəriş verə bilər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko "Tayms" qəzetinə müsahibəsində deyib.
"Rusiya fəlakətli məğlubiyyətin astanasında olarsa, heç nəyi istisna edə bilmərik", - o bildirib.
Onun sözlərinə görə, belə bir məğlubiyyət Rusiya cəbhələrinin dağılmasına, fərariliyə və Moskvada etirazlara səbəb ola bilər.