Putin Sankt-Peterburqda keçirilən paradda - FOTO
Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, paradı Rusiya Prezidenti Vladimir Putin qəbul edib.
Parad ənənəvi olaraq dəniz və quru komponentlərindən ibarət olub.
Bu il tədbirə 45 gəmi, kater və sualtı qayıq, həmçinin 3000-ə yaxın hərbçi cəlb olunub.
Qeyd edək ki, Putin bu il parada daha əvvəl Rusiya-Afrika sammitində iştirak etmək üçün şimal paytaxtına gəlmiş Afrika ölkələrinin liderlərini dəvət edib.