Putinin 40 milyardlıq meqalayihəsi: Tapşırıq verildi

Rusiya hakimiyyəti Asiyaya xammal ixracını artırmaq üçün irimiqyaslı dəmir yolu meqalayihəsinə başlayır.

Putinin 40 milyardlıq meqalayihəsi: Tapşırıq verildi
Rusiya hakimiyyəti Asiyaya xammal ixracını artırmaq üçün irimiqyaslı dəmir yolu meqalayihəsinə başlayır.

meqale.com axar.az-a istinadən xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Mixail Mişustin BAM (Baykal-Amur Magistralı) və Trans-Sibir Dəmir Yollarının - yüklərin Uzaq Şərq limanlarına göndərildiyi əsas dəmir yolu arteriyalarının modernləşdirilməsinin üçüncü mərhələsinin başlanması haqqında sərəncam imzalayıb.

Bildirilib ki, 2035-ci ilə qədər davam edəcək tikintinin dəyəri 3,7 trilyon rubl və ya hazırkı məzənnə ilə təxminən 40 milyard dollar qiymətləndirilir. Layihə Prezident Vladimir Putinin tapşırığı ilə həyata keçirilir.