Qadınları fahişəliyə cəlb edən şəxs cərimələndi

Yasamal Rayon Məhkəməsində həmcinslərini fahişəliyə cəlb etməkdə təqsirləndirilən qadına hökm oxunub.

Qadınları fahişəliyə cəlb edən şəxs cərimələndi
Yasamal Rayon Məhkəməsində həmcinslərini fahişəliyə cəlb etməkdə təqsirləndirilən qadına hökm oxunub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən 35 yaşlı Gülarə Quliyeva (şərti) məhkəmənin hökmü ilə 4 min manat cərimələnib.

Araşdırmalar zamanı məlum olub ki, G.Quliyeva 3 həmcinsinin pul qarşılığında əks-cins nümayəndələri ilə müxtəlif yerlərdə, xüsusilə hotellərdə görüşünü təşkil edib. O, təşkil etdiyi hər görüşə görə 100 manata qədər gəlir əldə edib.

Zərərçəkmiş şəxs qismində tanınmış 3 qadın məhkəmədə Gülarədən şikayətçi olmadıqlarını bildiriblər və ona yüngül cəza təyin edilməsini xahiş ediblər.