"Qalatasaray"a olan sevgisi ona baha başa gəldi

Antalyanın Serik səmtindəki 5 ulduzlu oteldə çalışan ofisiant "Qalatasaray"ın Çempionlar Liqası matçını izləmək üçün işdən qovulub.

Antalyanın Serik səmtindəki 5 ulduzlu oteldə çalışan ofisiant "Qalatasaray"ın Çempionlar Liqası matçını izləmək üçün işdən qovulub.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Serik səmtindəki oteldə çalışan ofisiant "Qalatasaray"ın Çempionlar Liqası matçını izləmək üçün icazə istəyib və yox cavabı alıb.

O, ayağını bəhanə edərək işdən 1 günlük icazə üçün xəstəxana kağızı alıb, daha sonra  matça gedib. Otel rəhbərliyi isə fanatın istefasını tələb edib.

İşdən çıxan əməkdaş "Açığı, bu hadisədən sonra bir az güldüm. Çünki başıma gələnlər "Qalatasaray"a olan sevgimdən baş verib. Mən heç vaxt buna görə  kədərlənmərəm. "