"Qalatasaray" azarkeşləri knyazın bacısı oğluna hücum ediblər

Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri Selman B. və Hasan B. Monako şahzadəsi Stefaniya Mariya Yelizaveta Qrimaldinin oğlu və Monako Knyazı ll Albertin bacısı oğlu Lui Dükreyə hücum ediblər.

Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri Selman B. və Hasan B. Monako şahzadəsi Stefaniya Mariya Yelizaveta Qrimaldinin oğlu və Monako Knyazı ll Albertin bacısı oğlu Lui Dükreyə hücum ediblər.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə dekabrın 9-da UEFA Çempionlar Liqasının "Monako" - "Qalatasaray" (1:0) matçından sonra baş verib.

Parisdə yaşayan ata və oğul matça baxmaq üçün Monakoya gediblər. Oyundan sonra onlar qarşılaşmanın keçirildiyi II Lui stadionunun VIP tribunasında 33 yaşlı Dükreyə və iki dostuna hücum ediblər.