"Qalatasaray" daha bir ulduzun transferi üçün hərəkətə keçib

Türkiyə nəhəngi "Qalatasaray" klubu "Sevilya"nın sabiq müdafiəçisi Serxio Ramosla danışıqlara başlayıb.

Türkiyə nəhəngi "Qalatasaray" klubu "Sevilya"nın sabiq müdafiəçisi Serxio Ramosla danışıqlara başlayıb.

meqale.com lente istinadən xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını Türkiyədə davam etdirmək istəyindədir.

Tərəflər artıq müqavilənin şərtlərini razılaşdırmaq üçün görüş təşkil ediblər.

Qeyd edək ki, Serxio Ramos "Qalatasaray" klubundan minimum ikiillik müqavilə və 10 milyon avro maaş tələb edib.

Xatırladaq ki, "Qalatasaray" daha öncə dünyaca məşhur hücumçu Viktor Osimheni də heyətinə qatmışdı.