“Qalatasaray” “Dinamo” ilə heç-heçə etdi
Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
meqale.com xəbər verir ki, İstanbul təmsilçisi VII turda doğma meydanda Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) qəbul edib.
"Rams Park"da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib.