"Qalatasaray" komandasını bu ulduzla gücləndirir - FOTO

"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirib.

"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirib.

İstanbul klubu "Eyüpspor"dan 24 yaşlı Ahmed Kutucunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat verib. Hücumçu ilə 3,5 illik müqavilə imzalanıb.

meqale.com haberler-ə istinadla xəbər verir ki, Türkiyə mətbuatı yazır ki, "Qalatasaray" bu transfer üçün "Eyüpspor" klubuna 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Kutucu bu mövsüm Superliqada 18 oyunda 8 qol vurub və 7 qol ötürməsi edib.