“Qalatasaray” Mourinyonu "yıxıb sürüdü"
"Qalatasaray" klubu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun cəzalandırılmasını tələb edir.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, klub bu barədə bəyanat yayıb.
Portuqaliyalı mütəxəssis irqçi şüarlar səsləndirməkdə ittiham olunur.
Belə ki, Mourinyo mətbuat konfransında "Qalatasaray" futbolçularının hakimə təzyiq göstərərək "Fənərbaxça"nın müdafiəçisi Yusuf Akçiçekin cəzalandırılmasına çalışdıqlarını deyib.
Mütəxəssis Yusufu keçmiş futbolçusu Rafael Varanla müqayisə edərkən həmin epizoda belə şərh bildirib: "Hakimə təşəkkür etməliyəm. Çünki rəqib skamyada oturanların hamısı meymun kimi tullanırdı".