"Qalatasaray" PSJ-nin futbolçusunu alır
Türkiyənin "Qalatasaray" klubu futbolçu Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.
meqale.com bildirir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. "Sarı-qırmızılar" slovakiyalı oyunçunun qərarını gözləyir.