“Qalatasaray” “Samsunspor”u məğlub etdi

Türkiyə Super Liqasında XXXI tura start verilib.

“Qalatasaray” “Samsunspor”u məğlub etdi
Türkiyə Super Liqasında XXXI tura start verilib.

meqale.com xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

"Sarı-qırmızılılar" bu qələbə nəticəsində turnir cədvəlində xallarının sayını 74-ə çatdırıb.