“Qalatasaray” səfərdə qələbə qazandı
Türkiyə Super Liqasında XXVII turun oyunları davam edir.
meqale.com xəbər verir ki, günün son matçında "Alanyaspor" öz meydanında lider "Qalatasaray"ı qəbul edib.
Gərgin keçən qarşılaşmada qalib qonaqlar olub. "Cimbom" geridönüş edərək rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Türkiyə Super Liqası XXVII tur 21:30. "Alanyaspor" - "Qalatasaray" - 1:2