Qalib olarsa yeddinci dəfə prezident olacaq

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

Qalib olarsa yeddinci dəfə prezident olacaq
Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

meqale.com xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

O qalib gələrsə, yeddinci dəfə ölkəyə rəhbərlik etmiş olacaq.

2025-ci il yanvarın 26-sı baş tutacaq seçkilərdə prezidentlik postu uğrunda 9 nəfər mübarizə aparacaq.

Qeyd edək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib.