“Qarabağ”da ciddi itki - FOTO
Azərbaycan Premyer Liqasının 29-cu turunda "Zirə" ilə qarşılaşan "Qarabağ"ın heyətində ciddi itki olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Kadi Borges zədələnib.
O, 53-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Kadinin yerinə Aleksey Kaşuk meydana daxil olub.