"Qarabağ" - FCSB oyununa satılan biletlərin sayı açıqlandı

Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək Avropa Liqası matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək Avropa Liqası matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə meqale.com-a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Qarşılaşma üçün 15 min civarında bilet alınıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək. Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı qarşılaşma bir dəqiqəlik sükutla başlayacaq. "Köhlən atlar"ın oyunçuları meydana qara sarğı ilə çıxacaqlar.