“Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

“Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda
"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

meqale.com idman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi "Bandırmaspor"la müqavilə imzalayıb.

Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il "Qarabağ"ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb.

Qeyd edək ki, fransalı futbolçu "Qarabağ"ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.