"Qarabağ"ı ziyana saldılar

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turunda qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turunda qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

meqale.com xəbər verir ki, "Qarabağ"la matçda 4 futbolçusu sarı vərəqə alan "Turan Tovuz" 700 manat cərimələnib. "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, ağdamlılar 1500 manat cəriməyə məruz qalıb.

Əlavə olaraq "Araz-Naxçıvan"la matçda 6 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" 700 manat cərimə olunub. Naxçıvan təmsilçisinin futbolçusunun formasında qüsur olması səbəbindən görüş gec başlayıb ki, bu, klubun 800 manat cərimələnməsi ilə nəticələnib.

"Kəpəz" - "Səbail" oyununda isə "Kəpəz"in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər gəncəlilər tərəfindən ödənilməlidir.