“Qarabağ”ın növbəti potensial rəqibləri açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.

“Qarabağ”ın növbəti potensial rəqibləri açıqlandı
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.

meqale.com bildirir ki, UEFA püşkdən əvvəl komandaları qruplaşdırıb.

Azərbaycan çempionu I raundda Cəbəllütariq çempionu "Linkoln"u üstələməyi bacarsa, növbəti mərhələdə "Jalgiris" (Litva) - "Struqa" (Şimali Makedoniya), "Rakuv" (Polşa) - "Flora" (Estoniya) və ya "Olimpiya" (Sloveniya) - "Valmiera" (Latviya) cütünün qalibi ilə qarşılaşacaqdı.

"Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün qalibi "Qarabağ" - "Linkoln"  cütünün qalibi ilə qarşılaşacaq.   Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayıb. II təsnifat mərhələsinin oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.