"Qarabağ"ın oyunu təxirə salındı

Premyer Liqanın I turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.

Premyer Liqanın I turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.

meqale.com offsideplus.az-a istinadla xəbər verir ki, komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç baş tutmayacaq. 

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 17-i saat 18:30-da keçirilməli idi. "Sabah" 14 avqust saat 20:00-da Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Levski" ilə üz-üzə gələcək.