“Qarabağ”ın oyununun keçiriləcəyi stadionda sektorun tavanı uçdu - FOTO
Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda sektorun tavanı uçub.
meqale.com oxuya istinadən xəbər verir ki, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb.
Qeyd edək ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" görüşü keçiriləcək.
Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.