"Qarabağ"ın qolkiperi ilk "5-lik"də

"Qarabağ"ın qolkiperi Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.

"Qarabağ"ın qolkiperi Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.

meqale.com fanat.az-a istinadən xəbər verir ki, rusiyalı qrupdakı 5 qarşılaşmada 19 seyvlə diqqət çəkib.

32 yaşlı qolkiper bu göstəriciyə görə "Şerif"in (Moldova) qapıçısı Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür. Lider isə Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviçdir (25). Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) 2-ci, Avstriya "Ştrum"unun üzvü Kyell Sherpen (20) 3-cüdür.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin V turundan sonra 7 xalla 2-ci yerdə qərarlaşıb. Təmsilçimiz qrupda son oyununu 14 dekabrda İsveç "Hakken"inə qarşı keçirəcək.