"Qarabağ" Kadinin əvəzinə onu sifariş etdi
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.
meqale.com xəbər verir ki, Joni Montiel siyahıya əlavə olunub.
27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.
UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.