“Qarabağ” “Sabah”la heç-heçə etdi

21:20 Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

“Qarabağ” “Sabah”la heç-heçə etdi
21:20 Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

meqale.com xəbər verir ki, növbəti oyun "Qarabağ"la "Sabah" arasında keçirilib.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Qarabağ" 1-ci, "Sabah" isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Xatırladaq ki, daha öncə "Neftçi" "Sumqayıt"la ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb. "Araz-Naxçıvan" - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 0:0. 

"Şamaxı" - "Turan Tovuz" və "Zirə" - "Kəpəz" oyunları isə sabah keçiriləcək.

------------ 09:59 Premyer Liqada 24-cü turun oyunları davam edir.

meqale.com  xəbər verir ki, bu gün əvvəlcə "Araz-Naxçıvan" öz meydanında "Səbail"i qəbul edəcək.

Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında "Qarabağ" öz meydanında "Sabah"ı qəbul edəcək.

Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. "Sabah" isə 32 xalla beşinci pillədə qərarlaşıb.

Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqli olaraq "Sabah" son 6 matçdan yalnız birində 3 xal qazanıb.

Cari mövsüm bu komandaların qarşıdurmasında "Qarabağ" üstün tərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1.

Premyer Liqa, XXIV tur

22 fevral (şənbə)

19:00. "Qarabağ" - "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov VAR: Rəşad Əhmədov VAR: Eyyub İbrahimov Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. "Araz-Naxçıvan" - "Səbail" Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov VAR: Nicat İsmayıllı AVAR: Cəmil Quliyev "Liv Bona Dea Arena"

23 fevral (bazar)

14:30. "Şamaxı" - "Turan Tovuz"

17:00. "Zirə" - "Kəpəz".