Qarabağ Universitetində daha bir yenilik
"Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə" bölməsinə əlavə edilib.
meqale.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, Qarabağ Universiteti fəlsəfə doktoru hazırlığı üzrə bu bölməyə əlavə edilib.
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ali təhsil müəssisələri" bölməsinə Qarabağ Universiteti də əlavə edilib.
"Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilib.