Qarabağ Universitetinin mətbuat katibi də vəzifəsindən ayrıldı - YENİLƏNİB

15:30

Qarabağ Universitetinin mətbuat katibi də vəzifəsindən ayrıldı - YENİLƏNİB
15:30

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva vəzifəsindən ayrılıb.

meqale.com "Teleqraf"a istinadən xəbər verir ki, Aytən Quliyeva öz ərizəsi ilə işdən azad olunub.

Qeyd edək ki, A.Quliyeva universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı.

10:57

Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru işdən çıxıb.

meqale.com xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib. Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilib. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur. 

Qeyd edək ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitetin rektoru Şahin Bayramovdur.