Qaradənizdə nə baş verir? Bir tankerdə partlayış, digəri isə hücuma məruz qaldı - FOTO

Qaradənizdə Rusiyanın Novorossiysk limanına doğru hərəkət edən Kairos adlı tankerdə naməlum səbəbdən partlayış baş verib. Gəmidə olan 25 nəfərlik heyət təxliyə edilərək sahilə çıxarılıb və ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib. Kocaeli Valisi İlhami Aktaş tankerdəki yanğının davam etdiyini açıqlayıb.

meqale.com xəbər verir ki, Qaradənizdə VIRAT adlı başqa bir tankerin zərbə aldığı bildirilib. Gəmidə olan 20 nəfərin vəziyyətinin yaxşı olduğu, lakin maşın şöbəsində qatı tüstü müşahidə edildiyi açıqlanıb.

Qaradənizdə, İstanbul Türkeli Fenerindən təxminən 52 mil məsafədə yerləşən Kairos adlı 274 metr uzunluğundakı tankerdə partlayış və yanğın baş verib. Hadisə ilə bağlı bölgəyə axtarış-xilasetmə qrupları göndərilib.

Tankerin batma riski olduğu bildirilib. Sahilə çıxarılan heyətin vəziyyətinin yaxşı olduğu, lakin xəstəxanaya müşahidə üçün aparıldığı açıqlanıb.

Reuters agentliyi tankerin dəniz minasına dəyə biləcəyi ehtimalını irəli sürüb və alovlanan gəminin batma təhlükəsinin olduğunu bildirib.