Qax-Zaqatala yolunda ağır qəza: "Vito" ağaca çırpıldı - FOTO

Qaxda avtomobil ağaca çırpılıb.

Qax-Zaqatala yolunda ağır qəza:
Qaxda avtomobil ağaca çırpılıb.

meqale.com xəbər verir ki, hadisə səhər saatlarında Qax-Zaqatala avtomobil yolunda, Güllük kəndi ərazisində baş verib.

Sərnişin daşıyan "Mercedes-Vito" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan iki nəfər Balakən sakini - 17 yaşlı Günel Samir qızı Göylərova və 38 yaşlı Elvin Cavanşir oğlu Telliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır./APA