Qəzaya düşən şəxs xəstəxanada öldü - Fərhad Əhmədovun mühafizəçisi idi

Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.

Qəzaya düşən şəxs xəstəxanada öldü - Fərhad Əhmədovun mühafizəçisi idi
Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.

meqale.com Musavat.com-a istinadən xəbər verir ki, Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.

Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.