Qəzayda həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOsu

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmə olub.

Qəzayda həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOsu
AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmə olub.

meqale.com xəbər verir ki,13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib.

Bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər.

Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.

Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.