Qəzza prosesində Ankara–Vaşinqton əməkdaşlığı genişlənir

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza ilə bağlı yaradılan Sülh Komitəsinin təsisçi üzvlərindən biri olmağa dəvət edib.

meqale.com-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlama verib.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində Qəzzada təhlükəsizliyin təmin olunması və bölgənin yenidən qurulmasına nəzarət edəcək Sülh Şurası və ona bağlı strukturlar formalaşdırılır.

Burhanəddin Duran bildirib ki, ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində Sülh Şurasının qurucu sədri qismində rəsmi məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı bu qurumda qurucu üzv kimi təmsil olunmağa dəvət edib.

Qeyd edək ki, Ağ Ev Qəzzada keçid dövrünü idarə edəcək Sülh Şurasının üzvlərini artıq açıqlayıb. Məlumata görə, Qəzzada Fələstin Administrasiyasına dəstək məqsədi daşıyan İcraiyyə Şurasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.