Bu ölkədə Novruz dövlət bayramı elan edildi

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

Bu ölkədə Novruz dövlət bayramı elan edildi
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, fərmana əsasən, bahar və qardaşlığı simvolizə edən Novruz bayramı (21 mart) Suriya Ərəb Respublikasının bütün bölgələrində ödənişli rəsmi tətil günü kimi qeyd olunacaq.

Prezident fərmanında Novruzun ölkədə yaşayan müxtəlif etnik və mədəni icmalar arasında birgəyaşayışın, milli həmrəyliyin və mədəni müxtəlifliyin simvolu olduğu vurğulanır. Qərarın cəmiyyətdə inklüzivliyi gücləndirməyə və mədəni hüquqların tanınmasına xidmət etdiyi bildirilib.