Xamenei: Bilirəm ki, xalqın dolanışığı həqiqətən, çətindir
Bilirəm ki, İranda iqtisadi vəziyyət qənaətbəxş deyil, xalqın dolanışığı, həqiqətən, çətindir.
meqale.com xəbər verir ki, bu, İranın ali dini lideri Əli Xameneinin "X" hesabındakı paylaşımında qeyd olunub.
"Dövlət məmurları və vəzifəli şəxslər səyləri iki dəfə artırmalı və işə daha ciddi yanaşmalıdırlar", - Xamenei bildirib.
Onun fikrincə, əsas məhsulların ölkəyə çatdırılması üçün daha çox işləmək lazımdır.