Qəzzaya kütləvi hava zərbələri endirilib, internet kəsilib - ANBAAN VİDEO
İsrail ordusu Qəzza zolağının qərbinə hava zərbələri endirib.
APA AFP-yə istinadla xəbər verir ki, ərazidə bütün telekommunikasiyalar və internet kəsilib.
İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari ordunun yerüstü əməliyyata başlayacağını bildirib.