Qırmızı dənizdəki vəziyyət Avropa üçün xərclərin artmasına səbəb oldu

Beynəlxalq gəmiçilik şirkətləri Qəzza münaqişəsi və Qırmızı dəniz səbəbiylə Yaxın Şərqdən enerji təchizatının çatdırılma istiqamətini dəyişdirdiyi üçün xərcləri kəskin artıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb.

Nəşr bildirib ki, Təl-Əviv administrasiyasının yaratdığı geosiyasi alov pandemiyanın şokundan hələ də çıxmamış qlobal ticarət üçün yeni risk mənbəyinə çevrilib.

Yəmənin şimalında hakim olan "Ənsar Allah" hərəkatının (Husilər) Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən "Maersk", "Hapag-Lloyd" və başqa şirkətlər gəmilərini Atlantik Okeanı üzərindən hərəkət etdirirlər.

Enerji şirkətləri də eyni addımı atıblar. Marşrutların dəyişdirilməsi 40 gün vaxt itkisi, həm də yüksək xərclər yaradıb.