Qızıl bahalaşmağa davam edir

Qızılın qiyməti tarixdə ilk dəfə 3800 dolları keçib.

Qızıl bahalaşmağa davam edir
Qızılın qiyməti tarixdə ilk dəfə 3800 dolları keçib.

meqale.com xəbər verir ki, çərşənbə axşamı Nyu Yorkdakı "Comex" birjasında qızılın dekabr fyuçersləri 1 troy unsiyası üçün 3800 dollar səviyyəsini aşaraq yeni rekord qırıb. Qiymət əvvəlki bağlanışa nisbətən 0,68% artıb.

Eyni zamanda, gümüşün dekabr fyuçersləri də artaraq unsiyası 44,36 dollar səviyyəsinə yüksəlib.