Qızılın qiyməti rekord həddə BAHALAŞDI

Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

Qızılın qiyməti rekord həddə BAHALAŞDI
Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

meqale.com birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% və ya 1,4 dollar artaraq 3 045,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,43% və ya 0,14 dollar artaraq 33,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib. /Modern.az