Qoşaçaya ildırım düşdü: ölən və yaralananlar var

İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinə ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatda 16 yaşlı yeniyetmənin yerindəcə keçindiyi, 15 yaşlı yeniyetmə qız və oğlanın isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldıqları bildirilib.