Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış: Güclü yanğın başladı - VİDEO
Çeçenistanın mərkəzi Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində partlayış və ardınca güclü yanğın başlayıb.
meqale.com Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin hadisə Qaydabayev küçəsindəki yanacaqdoldurma məntəqəsində baş verib.
Hadisə yerindən olan şahidlərin sözlərinə görə, əvvəlcə partlayış baş verib, daha sonra yanacaqdoldurma məntəqəsinin üzərində yüksək qara tüstü və alov sütunu qalxıb. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.