Quba-Qusar yolunda baş verən avtobus qəzasının TƏFƏRRÜATI - VİDEO
Səhər saatlarında Qusardan Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki,Qubanın Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. 4-ü azyaşlı olmaqla 19 nəfər Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
"Xəstəxanadan verilən məlumata görə yaralıların hamısı evə buraxılıb".