"Qucaqlayıb dedi ki, sizi görəndə rəhmətlik nənəm yadıma düşür"

Müğənni Samir Bağırov "Öz aramızda" verilişində qonaq olarkən pərəstişkarı ilə yaşadığı yaddaqalan hadisədən danışıb.

Müğənni Samir Bağırov "Öz aramızda" verilişində qonaq olarkən pərəstişkarı ilə yaşadığı yaddaqalan hadisədən danışıb.

meqale.com-ın məlumatına görə, sənətçi bildirib ki, bir dəfə gənc bir qız ona yaxınlaşaraq göz yaşlarını saxlaya bilməyib.

Samirin sözlərinə görə, qızın bu reaksiyası əvvəlcə ona qəribə gəlsə də, səbəbini öyrənəndə duyğulanıb:

"Gənc bir xanım ağlayaraq mənə yaxınlaşdı. Təəccübləndim, çünki onun yaşında pərəstişkarımın olması mənə qeyri-adi gəldi. Dedi ki, sizi görəndə rəhmətlik nənəsi yadıma düşür. Nənəsi məni çox sevirmiş, mahnılarım səslənəndə evdə hamıya nəfəs almağa belə icazə vermirmiş. Bu mənim üçün sənətçi kimi böyük xoşbəxtlikdir", - deyə o bildirib.

Samir Bağırov əlavə edib ki, uşaqlıq illərində pianoda Alla Puqaçovanın mahnılarını oxuyurdu, bu gün isə onun mahnılarını yeni nəsil ifa edir: "Bu hissi sözlə ifadə etmək olmur, bu sənətçinin ən böyük uğurudur".

Hadisə sosial mediada da maraqla qarşılanıb.