Zelenski ABŞ-dən sülh planını alıb

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomatik danışıqları sürətləndirə biləcək plan layihəsini alıb.

Zelenski ABŞ-dən sülh planını alıb
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomatik danışıqları sürətləndirə biləcək plan layihəsini alıb.

meqale.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, Zelenski Ukrayna xalqı üçün vacib olan fundamental prinsipləri açıqlayıb və bugünkü görüşdən sonra müharibənin ləyaqətlə başa çatmasını təmin etmək üçün planın müddəaları üzərində işləmək barədə razılığa gəlib.

"Rusiyanın işğalının ilk saniyələrindən bəri Ukrayna sülhə can atıb və biz əsl sülhü yaxınlaşdıra biləcək bütün mənalı təklifləri dəstəkləyirik. Bu ilin əvvəlindən bəri Ukrayna Prezident Trampın qan tökülməsinə son qoymaq üçün təkliflərini dəstəkləyib. Sülhü təmin etmək üçün ABŞ tərəfi, Avropadakı və dünyadakı tərəfdaşlarımızla konstruktiv işləməyə davam etməyə hazırıq", - bəyanata bildirilir. (APA)